Dalinin müharibə əsərində hansı simvollar gizlənir?

Salvador Dali, "Müharibənin üzü"

Salvador Dali, "Müharibənin üzü"

11 aprel 2023
# 15:00

Kulis.az Salvador Dalinin "Müharibənin üzü" (1940) adlı əsəri haqqında məqaləni təqdim edir.

“Müharibənin üzü” ispan rəssamı Salvador Dalinin 1940-cı ildə İkinci Dünya Müharibəsinin dərin təəssüratları altında çəkilmiş nadir əsərlərindən biridir. Əzab və ümidsizlik ab-havası ilə dolu olan bu mənzərə tamaşaçıda inanılmaz dəhşət hissi oyadır və insanı müharibələrin nə qədər kabuslu və mənasız olduğu, sivilizasiya üçün nə qədər dağıdıcı olduğu barədə düşünməyə vadar edir.

1939-1940-cı illərdə İkinci Dünya Müharibəsi dəhşətli keçdi. 1940-cı ilin yayında Fransa təslim olduqdan sonra Salvador həyat yoldaşı ilə tələsik uzaq Amerika sahillərinə getməli oldular. Avropada təhlükəsiz bir həyata ümidini itirən ispan rəssamı o zaman ağlına da gətirmirdi ki, ABŞ-da keçirdiyi səkkiz il içində məşhurlaşacaq, əsərləri dünya miqyasında şöhrət qazanacaq.

Dali baş verən dəhşəti, faciə və absurdların atmosferini əks etdirəcək bir şəkil çəkmək qərarına gəldi.


36 yaşlı sürrealist əlinə fırça və boyalar götürərək öz hisslərini, fikirlərini kətan üzərində təcəssüm etdirməyə başladı.

Qeyd etmək lazımdır ki, bu şəklin süjeti çox qeyri-adidir. Bu əsərdə Dali özünəməxsus "paranoid-tənqidi üsul"dan ayrıldı və simvolizm vasitələrindən maksimum istifadə etdi. Üstəlik, rəssamın öz planına görə, simvollar olduqca sadə seçildi. Buna görə də, "Müharibənin üzü" əsəri simvolizm-sürrealizmin yeganə əsəri hesab olunur.

Sonsuz bir səhranın qumu üzərində kəllə sümüyü əks olunur. O, müharibənin üzünü təcəssüm etdirir və buna görə də "sonsuz ölüm" kimi göstərilir. Başına dolanan çoxsaylı ilanlar onu amansızcasına sancmağa çalışır.

Rəngin azlığı, boğuq tonlar və çalarların depressivliyi xüsusi diqqətlə rəsm edilib.
Beləliklə, rəssamın qarşısına qoyduğu vəzifəyə: tamaşaçıda qorxu və dəhşət və ikrah hissini oyatmağa nail olub. Kətanın aşağı hissəsinin sağ küncündə rəssam ovcunun izini qoyub.


“Müharibənin üzü”, bəlkə də, yeganə əsərdir ki, burada rəssam müxtəlif detalların ağlasığmaz birləşməsi ilə mürəkkəb surrealistik təsvirləri göstərir.

1948-ci ildə Dali Avropaya qayıdır. Müharibə geridə qalsa da, onunla bağlı pis xatirələr hələ də sürrealistin ruhunu həyəcanlandırırdı. “Fillər” (1948) əsərini məhz onlara həsr etmişdir. Lakin 1940-cı illərin ortalarında nüvə silahının sınağı onda yeni təssürata səbəb oldu.

Qeyd edək ki, bu rəsm keçmişdə ictimaiyyət arasında böyük uğur qazanmışdır. Təəssüf ki, bu gün də inanılmaz dərəcədə aktuallığını qoruyur.

# 2703 dəfə oxunub

Müəllifin son yazıları

# # #