Səhiyyə Nazirliyindən xəstə şairə cavab gəldi: “...pulsuzdur”

<b>Səhiyyə Nazirliyindən xəstə şairə cavab gəldi: <span style="color:red;">“...pulsuzdur” </b>
15 avqust 2017
# 12:19

“Ölkədə səhiyyə pulsuzdur və istənilən şəxs qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət edərək müalicə ala bilər”. Bu barədə Kulis.aza Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirib.

O daha sonra əlavə edib ki, şair Yafəs Türksəsin müraciətindən xəbərsizdir.

Xatırladaq ki, şair Yafəs Türksəs Kulis.aza açıqlamasında “Hepatit B” virusuna yoluxduğunu, səhhətində fəsadlar yarandığını, bahalı müalicəyə maddi imkanının olmadığını söyləyib və Səhiyyə Nazirliyinə, əlaqədar qurumlara müraciət edərək müalicənin aparılmasına kömək göstərilməsini xahiş edib.

# 1231 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #