Azərbaycanlı skripkaçı beynəlxalq festivalın qalibi olub

Azərbaycanlı skripkaçı beynəlxalq festivalın qalibi olub
16 sentyabr 2023
# 17:13

Azərbaycanlı virtuoz, Əməkdar artist Elvin Hoca Qəniyev Karol Şimanovski adına mötəbər beynəlxalq müsabiqənin qalibi olub.

Kulis.az xəbər verir ki, beynəlxalq musiqi müsabiqəsi beş ildən bir Polşada keçirilir.

Müsabiqənin qalibləri dörd fənn - fortepiano, skripka, simli kvartet və vokal üzrə müəyyən edilir.

Qeyd edək ki, Elvin Hocanın adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

# # #