Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn

Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
23 iyun 2021
# 11:50

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən onun sevgi mövzusunda yazdığı “Ala gözlüm” şeirini təqdim edir. Xatırladaq ki, “Ala gözlüm” xanım şairimizin yazdığı ən gözəl sevgi şeiri hesab olunur.

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

No description available.

# 4737 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #