Məşhur aktyor ömürlük həbs edildi

Məşhur aktyor ömürlük həbs edildi
8 sentyabr 2023
# 10:46

Amerikalı aktyor Denni Masterson iki qadını zorladığı üçün ömürlük həbs cəzasına məhkum edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Masterson bu cəzanın ən azı 30 ilini çəkəcək.

Məhkəmədə danışmayan Masterson hökm elan olunarkən həyat yoldaşı ilə birlikdə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 2001-2003-cü illər arasında üç qadın Mastersondan şikayətçi olub. Qadınlar cinsi təcavüzdən öncə onlara narkotik verildiyini bildiriblər. Məhkəmədə Mastersonun bu qadınlardan ikisinə təcavüz etdiyi məlum olub.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

# # #