Tanınmış şairin Cıdır düzündə yazdığı şeir – Mətn

Tanınmış şairin Cıdır düzündə yazdığı şeir – Mətn
20 sentyabr 2021
# 13:25

Kulis.az şair Adil Cəmilin Vaqif Poeziya Günləri keçirilən vaxt Şuşada – Cıdır düzündə yazdığı şeiri təqdim edir.

Burda diz çökürük torpağa-daşa,
O yanda Kirs dağı, bu yanda Şuşa.
Laçınla qol-boyun qoşama şükür -
Şuşama şükür!

Biz Zəfər yoluyla gəldik qoynuna,
Sarmaşdıq yenilməz qala boynuna.
Bu ömrə, bu günə, yaşama şükür -
Şuşama şükür!

Qovuşduq tökülən qan bahasına,
Səni bayraq etdik göy yaxasına.
Yumruğu dəmirdən paşama şükür -
Şuşama şükür!

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #