Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
28 iyul 2021
# 19:00

Madriddə fəaliyyət göstərən “Lyove” Fondu peşəkar sənətkarlar arasında müsabiqə elan edib.

Kulis.az xəbər verir ki, hər bir iştirakçı vahid bədii yaradıcılıq kontekstində tək bir əsər, ya da bir neçə əsərlə çıxış edə bilər.

Birinci yerin qalibinə 50 min avro məbləğində pul mükafatı veriləcək. Müsabiqə keramika, kitab cildləmə, zərgərlik, metal, dəri, tekstil, şüşə, ağac, kağız kateqoriyaları üzrə keçiriləcək.

İşlərin bir neçə rakursdan şəkli çəkilməli və www.loewecraftprize.com veb-səhifəsi vasitəsilə təqdim edilməlidir.

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

# # #