Salman Rüşdinin yeni kitabı onlayn yayımlanacaq

Salman Rüşdinin yeni kitabı onlayn yayımlanacaq
9 sentyabr 2021
# 10:33

Dünyanın ən böyük yazıçılarından sayılan Salman Rüşdinin növbəti kitabı onlayn-platformada yayımlanacaq.

Kulis.az xəbər verir ki, yazıçının “Yeddinci dalğa” adlı povesti (novella) Substack onlayn-platformasında dərc olunacaq. Bu barədə Salman Rüşdi “The Guardian” və “The New York Time” nəşrlərinə danışıb.

Onun sözlərinə görə, kinorejissor və aktyorun həyatından bəhs edən povest həftədə bir dəfə olmaqla, hissə-hissə yayımlanacaq. İlk hissələr istifadəçilərə pulsuz təqdim olunacaq, amma növbəti hissələr üçün 5-6 dollar məbləğində ödəniş edilməsi nəzərdə tutulur.

# 1720 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #