İlqar Əlfioğlu: "Yuxu" Ən qısa hekayə

İlqar Əlfioğlu: "Yuxu" Ən qısa hekayə
30 dekabr 2013
# 15:40

Kulis.Az İlqar Əlfioğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yuxu” (494 işarə) hekayəsini təqdim edir. İlqar Əlfioğlu bu hekayəni müsabiqəyə dəstək vermək məqsədi ilə yollayıb. Hekayə müsabiqədənkənar çap edilir.

Şəhər meri parka baş çəkdi - iş tapşırmışdı, yoxlamalıydı...

Təmizləmişdilər, bircə ağac da qalmamışdı. Qulağına iniltilər dəydi. Ətrafına baxdı, kimsə yoxdu - dörd bir yanda torpaqdan boylanan kötüklər, kötüklər, qara-boz kötüklər...

Axşam iclasda tərifləndi, canına sarı yağ kimi yayıldı...

Gecə isə yuxuda gördü ki, sahibi ağaclar olan bir şəhərdə yaşayır və şəhərin yiyəsi ərazini insanlardan təmizlətdirib... dörd bir yanda torpaqdan boylanan ayaqlar, ayaqlar, rəngbərəng ayaqlar...

Öz ayağını tanıdı və bayaqkı iniltilərin içində öz səsini yalnız indi seçə bildi...

# 4201 dəfə oxunub

Müəllifin son yazıları

# # #