Pikassonun tablosu kriptovalyuta ilə satılacaq - İlk dəfə

Pikassonun tablosu kriptovalyuta ilə satılacaq - İlk dəfə
17 iyul 2021
# 17:01

İsveçrənin “Sygnum” bankı Pablo Pikassonun əsərini rəqəmsal aktivlərlə satışa çıxaracaq.

Kulis.az xəbər verir ki, “Beretlı qızcığaz” (Fillette au beret) adlı 65x54 santimetr ölçülü əsər 1964-cü ildə 4 milyon İsveçrə frankı (3.6 milyon avro) dəyərində qiymətləndirilib. Əsərin satışı incəsənətə sərmayə yatırmaqda ixtisaslaşmış “Artemundi” Amerika Fondu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq.

Əsərin tokenləşdirilmiş formada blokşeyn texnologiyası ilə satışı sərmayəçilərə internet vasitəsi, eləcə də bazar fondlarında danışıqlar aparmasına və ikinci bazarda ticarətinə imkan yaradacaq. Alıcılar və satıcılar “Sygnum” bankı vasitəsilə əlaqələndiriləcəklər.

Qurumun İsveçrədəki nəzarət orqanı olan “Finma” tərəfindən tənzimləndiyini israr edən kripto-bank bildirir ki, səhmlər və ya jetonlar minimum 5 min İsveçrə frankı ilə satışa çıxarılacaq. Əməliyyatlar əsas valyuta ilə dəstəklənən rəqəmsal valyuta formasında “Sygnum” bankının stabil jetonları ilə həyata keçiriləcək.

2019-cu ildə “Sygnum”, Finmadan bank adını alan ilk iki blokçeyn maliyyə xidməti təminatçısından biri, eləcə də dünyadakı ilk kripto banklarından biri olub.

azertag.az

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #