Könüldən yeni şeir: Yağışlı gecə

Könüldən yeni şeir: Yağışlı gecə
6 sentyabr 2021
# 11:12

Kulis.az Könül Arifin yeni yazdığı “Yağışlı gecə” şeirini təqdim edir.

İlahi, şükür olsun Sənə,
Min kərə şükür!
Şükür bu günümə,
Şükür dünənə
Sabaha şükür...

Şükür sevincimə,qəmimə şükür...
Şükür ürəkdolusu qəhqəhələrə,
Şükür Sənə, İlahi,
Min kərə şükür!

Sinəmə çəkdiyim bu kədərlərə,
Bağrımı dələn o şahanə dərdə,
Şükür sənə, İlahi,
Mən kərə şükür!

Şükür saçlarımın artan dəninə,
Şükür bu gecənin qəribçiliyinə,
Qızımın ovcumdakı pambıq əlinə,
Şükür sənə, İlahi,
Min kərə şükür!

Şükür yaşadığım möcüzələrə,
Və bir də
Və bir də gözümdə yanıb qovrulan,
O arzu doğulub, arzu da qalan
Nağıl kimi diləyə, arzuya şükür...

Şükür Sənə, İlahi,
Min kərə şükür!

02.09.2021

# 2523 dəfə oxunub

Müəllifin son yazıları

# # #