Dünyanın tək zərər verməyən qadını odur

Dünyanın tək zərər verməyən qadını odur
24 aprel 2020
# 21:01

Kulis.az Mark Tvenin aforizmlərini təqdim edir.

Məktəbinizin təhsilinizə maneə törətməsinə heç bir zaman icazə verməyin.

Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.

Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.

Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.

Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu deməkdir.

İngilis elə adamdır ki, əvvəl olanları təkrar edir, amerikalı-əvvəllər olmayanları etmək üçün çalışır.

İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı.

İtirdiklərim arasında ən çox ağılım üçün darıxıram.

Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil.

Kədər gələndə özü-özünün qayğısına qalır. Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən.

Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapdım.

Mən duelləri ümumiyyətlə qəbul etmirəm. Hər hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm.

Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun. Bu cılız insanlara xas olan cəhətdir. Böyük insan isə, əksinə, sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır.

Təəssüflər olsun ki, bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir.

Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.

Vətənpərvər o insandır ki, həmişə “mən vətənpərvərəm “deyə qışqırır, lakin bu qışqırıq nə üçündür? - onu anlamır.

Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.

Klassik əsər - hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir.

Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi-ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır.

Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm çünki hər ikisində də dostlarım var.

Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.

Dünyada tək zərər verməyən qadın anadır.

Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl mövcüd olmuşdur və sizə heç nə verə bilməz.

Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun.

Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.

# 6734 dəfə oxunub

Müəllifin son yazıları

# # #