Aqşin Yeniseydən Şeyxə dəstək: "Bu, sevindirici olardı!"

 Aqşin Yeniseydən Şeyxə dəstək: "Bu, sevindirici olardı!"
11 sentyabr 2020
# 11:05

“Bu gün ən çox adı hallananlardan biri də ABŞ Prezidenti Donald Trampdır. Daha çox Şimali və Cənubi Koreya arasında siyasi dialoqu başlatdığına görə layiq olduğunu düşünürlər”.

Bu sözləri şharq.aza açılmasında şair-yazıçı Aqşin Yenisey Şeyxülislam Allahşükür Paşazadənin Nobel mükafatına təqdim olunmasına münasibət bildirərkən söyləyib.

O, daha sonra əlavə edib: Qırmızı Xaç Cəmiyyəti dünyadakı sülhpərvər faəliyyətinə görə, səhv etmirəmsə, altı dəfə bu mükafata layiq görülüb. Bizim Şeyxə gəlincə, mükafatı alması ölkəmiz, coğrafiyamız adına sevindirici olardı. Amma Şeyxin Nobel Sülh mükafatını haqq edəcək hansı qlobal fəaliyyəti olub sualı bu sevinci indidən kölgələyir. Çünki bütün islam bölgəsində heç bir münaqişə ocağında 2020-ci ildə qalıcı sülhə nail olunmayıb. İslam coğrafiyasında Nobel sülh mükafatına layiq ciddi bir fəaliyyətin də şahidi olmamışıq. Amma bütün hallarda Şeyxin sülh Nobelini almasının təkcə ölkəmizin yox, bütünlükdə islam dünyasının həyatına rəng qatacağını düşünürəm”.

# 2453 dəfə oxunub

Müəllifin son yazıları

# # #