Çıxıb getdi hamı - Alikin yeni şeiri

Çıxıb getdi hamı - Alikin yeni şeiri
1 sentyabr 2021
# 15:57

Kulis.az Alikin yeni "Sonra yağış..." şeirini təqdim edir.

Deməli, o günləri
Çıxıb getdi e hamı...
Ay sağol,
Çərşənbə axşamı...

İlk dəfə siqaret yandırdım
Qırmızı-ağ var, bax o...
Ay sağol,
“Marlboro”...

Əlimə bir qədəh aldım,
Öz-özümə dedim, vuraq...
Ay sağol,
Araq...

Könlümə musiqi düşdü,
Gözəl qadın var a,
Ay sağol,
Madonna...

Sonra yağış... Allahın
əlləri yerə dəydi,
Gərək
özü də gələydi...

Gecə biraz kədərləndim.
Səbəb bilirsən nədi?
Yox e,
Heç kəs gəlmədi...

# 1811 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #