Aşıq Alının kitabı çap olundu

Aşıq Alının kitabı çap olundu
28 yanvar 2020
# 13:19

Məşhur el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabda Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan 300 şeiri toplanıb.Kitabın tərtibatı şair İlham Qəhrəmana məxsusdur.

Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən qurub şərh etmişdir.İlham Qəhrəman iki ilə yaxın müddətdə toplayıb tərtib etdiyi kitabda 750-dən çox ətək şərhi vermişdir.

Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam və anlaşıqlı şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Nə qaldı” kitabının redaktoru Əsəd Cahangirdir. 400 səhifəlik kitab İlham Qəhrəmanın şəxsi vəsaiti ilə çap olunmuşdur.

Qeyd edək ki, 500 nüsxə çap olunmuş kitab ticarət şəbəkələrində satışda olmayacaq. Kitabı əldə etmək üçün tərtibçiyə müraciət etmək lazımdır.

# 2429 dəfə oxunub

Müəllifin son yazıları

# # #