Ahmet Kayanın həyat yoldaşı məhkəməni uduzdu - Film yayımlanacaq

Ahmet Kayanın həyat yoldaşı məhkəməni uduzdu - Film yayımlanacaq
26 avqust 2021
# 10:49

Tanınmış türkiyəli müğənni Ahmet Kayanın həyat yoldaşı Gültən Kaya “X yapım” prodakşınına açdığı məhkəməni uduzub.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, filmin rejissoru Qani Rüzgar Şavata dediyinə görə, 27 avqustda yayımlanacaq “İki gözüm Ahmet” filmindən sonra sənətçinin Parisdəki sürgün həyatından bəhs edən “İki gözüm sürgün” filminin çəkilişləri başlayacaq.

Qeyd edək ki, Gültən Kaya bu filmin yayımlanmağına qarşı olduğu üçün məhkəmə prosesini başlatmışdı.

# 1622 dəfə oxunub

Müəllifin son yazıları

# # #