10 Unudulmaz futbol filmi

10 Unudulmaz futbol filmi
3 dekabr 2022
# 16:00

Kulis.az 10 unudulmaz futbol filmini təqdim edir.

1. “Cəhənnəmdə İki Dövrə” (1961)

Filmdə Hitlerin ad günündə nasistlər əmək düşərgəsində macar hərbi əsirlərlə futbol oyunu təşkil edirlər. Macarlar təklifi qəbul etsələr də, komanda yaratmaqda çətinlik çəkirlər. Həmin gün gələndə əsir futbolçular özlərini ölümlə həyat arasında dəyişən bir oyunun içində tapırlar. İllər əvvəl ekranlarda nümayiş olunan film yaddaşlarda dərin iz buraxıb. Təəssüf ki, film hələ də bir çox xarici ölkədə yayımlanmayıb. Filmi rejissor Zoltan Fabrin Peter Bacso ilə birlikdə ərsəyə gətirib.

15 unutulmaz futbol filmi

2. “Qələbəyə qaçış” (1981)

İkinci Dünya Müharibəsi zamanı Alman əsir düşərgəsində saxlanılan bir qrup əsgər almanlarla futbol oyunu oynamağa razılaşır. Müharibədən əvvəl “Vest Hem Yunayted”də oynamış ingilis kapitanı Con Colbi (Maykl Keyn) kapitan və məşqçi kimi yaxşı komanda yaratmağa çalışır. Colbinin rəhbərləri Parisdəki matçı qaçmaq üçün bir fürsət olaraq görürlər. Bununla belə, Colbi oyunçularının ölümü ilə nəticələnə biləcək qaçış planından uzaq durmağa çalışır. 1961-ci ildə yayımlanan “Qələbəyə qaçış" filminin rejissoru Con Hyustondur.

Filmdə əfsanəvi futbolçu Pele də var. Film tənqidçilərdən yüksək qiymət almasa da, qısa müddətdə bir çox ölkədə, o cümlədən Türkiyədə tamaşaçıların sevimli filminə çevrilib.

15 unutulmaz futbol filmi

3. “Fever Pitch” (1997)

İngilis yazıçısı Nik Hornbi filmin ssenarisini 1992-ci ildə nəşr etdirdiyi "Fever Pitch: A Fan's Life" adlı bestseller memuar kitabı əsasında yazıb. O, öz xatirələrini romantik komediya hekayəsinə çevirib. Filmdə futbol mövsümü kimi 1988-89-cu ili seçib. Film sevimli komandasına sadiq olan Arsenal fanat müəllimi Pol Asvortun (Kolin Firth) məktəbə yeni gələn həmkarı Sarah Hughes (Ruth Gemmell) ilə münasibətinə əsaslanır. 'Fever Pitch', zamanla futbolsevərlərin bir-birinə tövsiyə etdiyi filmə çevrilib.

15 unutulmaz futbol filmi

4. “ Şöhrətə atış” (2000)

Filmdə Şotlandiyanın İkinci Futbol Liqasında "Kilnockie FC" adlı klubu satın alan ABŞ-lı Piter Kemeron (Michael Keaton) komandanın qərargahını böyük şəhərə köçürmək istəyir. Komandanın məşqçisi Qordon Makleod (Robert Duvall) komandasının uğur qazanması ilə bunun qarşısını almağa çalışır.

Bu Futbol karyerasının sonuna yaxınlaşan "Arsenal"ın keçmiş oyunçusu Jackie McQuillan (Ally McOist) əlinə düşən ən böyük şansdır. Onunla məşqçi Qordon arasında şəxsi problemlər var. Lakin, ümumi məqsəd Şotlandiya kubokunun finalına çıxmaqla tarix yazmaq istəyi onları birləşdirir.

Michael Correntenin rejissorluq etdiyi film futbolsevər kinosevərlərin diqqətini çəkməyi bacarıb.

15 unutulmaz futbol filmi

5. “Kiçik sahədə qısa keçidlər” (2000)

Ssenarisini Serdar Akar və Önder Çakarın yazdığı filmdə hadisələr Bursada “Esnafspor” futbol klubunun həvəskarlar liqasında çempionluq mübarizəsi ətrafında cərəyan edir. Komanda məhəllənin qeyri-peşəkar “topçularından” ibarətdir.

Uzun müddətdir işlər yaxşı getmir, “Esnafspor” oynadığı hər matçda məğlub olur. Məşqçi Hacı problemlərin həlli üçün rayon orta məktəbinin fizika müəllimi Çətindən kömək istəyir.

Film dialoqlar, aktyor oyunu və futbol mədəniyyətinə yanaşması ilə diqqət çəkir

15 unutulmaz futbol filmi

6. “Şaolin Futbolu” (2001)

Film Uzaq Şərqin döyüş ənənələrini və idman janrını bir araya gətirir. “Honq-Konq-Çin” filminin ssenari müəllifləri arasında olan Stiven Çou da burada Sing rolunu oynayır. Sing, məqsədi Şaolin kunq-funu təbliğ etmək və populyarlaşdırmaq olan ənənəvi döyüş sənətçisidir. Lakin hələ də məqsədinə çatmayıb.

Aldığı zədə səbəbindən meydandan kənarda qalan, “Qızıl Ayaq” ləqəbli əfsanəvi futbol ulduzu Funqla görüşəndə ağlına bir fikir gəlir. O, Funqun dəstəyi ilə Şaolin kunq-fu ənənəsini futbolla birləşdirmək istəyir. Beləlikə, onlar yenilməz komanda yaratmaq üçün işə başlayır. Komediya və fantaziyanı özündə birləşdirən 'Şaolin Futbolu' kassada çox uğurlu nəticələr göstərib.

15 unutulmaz futbol filmi

7. “Bekham kimi əyilmək” (2002)

Filmin adı britaniyalı futbolçu David Beckhamın qolu dəf edən cərimə zərbələri ilə bağlıdır. Baş qəhrəman Cess (Parminder Nagra) də Beckham pərəstişkarıdır. Cess 18 yaşlı hind əsilli qızdır. Ailəsinin ona qadağa qoymasına baxmayaraq futbol oynamağa can atır və atasına xəbər vermədən futbol komandasına yazılır. Gurinder Çadhanın ssenari müəllifi və rejissoru olduğu filmdə baş rollara Keira Naytli və Conatan Rhys Meyers Naqra çəkilib. Futbolsevərlərin zehnindəki cinsiyyətçi stereotipləri qıran film 2015-ci ildə London səhnələrində nümayiş etdirlib.

15 unutulmaz futbol filmi

8. “Qol!” (2005)

Trilogiyanın ilk filmi olan “Qol!” meksikalı Santiaqo Munezin (Kuno Bekker) hekayəsindən bəhs edir. Munez ABŞ-a qeyri-qanuni yollarla daxil olmuş immiqrantdır. O, bağban olan atasına kömək edir və Çin restoranlarından birində çalışır. Çox istedadlı futbolçu olsa da, bunu göstərmək üçün əlinə fürsət düşmür.

Arzuları nəhayət gerçəkləşir və Los-Ancelesdə tanış olduğu keçmiş futbolçu Qlen Foy onu sınamaq üçün İngiltərənin “Nyukasl Yunayted” komandasını alır. Amma Nunesin bu komandya, eləcə də, ingilis futboluna uyğunlaşması asan olmur. Xüsusilə də futbol meydançasındakı səhnələr baxımından “Qol!” futbolsevərləri razı salacaq bir filmdir.

15 unutulmaz futbol filmi

9. “Ofsayt” (2006)

İranlı usta rejissor Cəfər Pənahinin ssenarisi və rejissorluğu ilə çəkilmiş “Offside” İran milli futbol komandasının Bəhreynlə Dünya Çempionatının seçmə mərhələsinin oyununu izləmək istəyən bir qrup gənc qadının hekayəsindən bəhs edir. İranda qadınların stadionlara girişinin qadağan edilməsi onları qorxuda bilmir. Onlar oyunu izləmək üçün üzlərini İran bayrağının rənglərinə boyayaraq kişi qiyafəsinə bürünürlər.

Pənahi stadiondan kənarda saxlanılan qadınların əhvalatını danışmaqla İranda qadınların sosial həyatdan kənarlaşdırılmasına diqqət çəkir. Pənahinin öz futbolu sevən qızı əsasında çəkdiyi film bir müddətdən sonra qara komediyaya çevrilir.

15 unutulmaz futbol filmi

10. “Linha de Passe” (2008)

Futbol deyiləndə ilk ağıla gələn ölkələrdən biri də Braziliyadır.Yüzlərlə gəncin uşaqlıqdan futbolçu olmağı arzuladığı Braziliya milli futbol komandası dünyanın müxtəlif ölkələrindən çoxlu azarkeşləri olması ilə də tanınır. Amma futboldan bəhs edən filmlərə gəlincə, Braziliyanın İngiltərə qədər məhsuldar olmadığı deyə bilərik.

Ssenarisini Walter Salles və Daniela Thomasın yazdığı məşhur “Linha de Passe” filmi də buna sübutdur. Film yoxsul futbolsevərlərin həyatından bəhs edir. Dörd kasıb eyni anadan və müxtəlif atalardan doğulmuş gənclər Sao Pauloda yaşayırlar. Dario peşəkar futbolçu olmaq arzusundadır. Denis motosiklet kuryeridir. Dinho yanacaqdoldurma məntəqəsində və kilsədə işləyir. Reginaldonun futbol bacarığı olsa da, avtobus sürücüsü olmaq istəyir. Beşinci övladına hamilə olan ana isə varlı ailələrin birində qulluqçu kimi çalışır.

Film Kannda “Palma budağı” üçün mübarizəyə qoşulub və Sandra Korveloni ana roluna görə ən yaxşı aktrisa mükafatını qazanıb.
15 unutulmaz futbol filmi

# 3000 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #