Zəncirlədim öpüşlə dodağımın ucuna - İlk Nobelçinin şeiri

Zəncirlədim öpüşlə dodağımın ucuna - İlk Nobelçinin şeiri
6 sentyabr 2023
# 12:20

Bu gün ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı, Fransa şairi Rene Sülli Prüdomun anım günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsi çərçivəsində "Tellər" şeirini təqdim edir.

Mən dünyanı sevsəm də, sıxılıram dünyada,
Sıxır məni bu dünya, elə bil ki, qəbirdi.
Sevirəm bu dünyanı, lap köləsi olsam da,
Dünya min-min qandaldı, dünya min-min zəncirdi.

Vuruldum bu dünyaya, valeh oldum həmişə,
Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim.

Doğulandan nəğməyə, şeriyyata qul oldum,
Təravətli çiçəktək nəğmə yığdım ovcuma.
Əzəldən şeir kimi gülənlərə vuruldum,
Zəncirlədim öpüşlə dodağımın ucuna.

Bu tellərdən asılıb bunca yaşanan illər,
Mən sevirəm onları, bu ki qəbahət deyil.
Azca titrəyən kimi bu zərif, kövrək tellər,
Özümdən bir parçanı itirirəm elə bil.

Tərcümə etdi: Qismət Rüstəm

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #