Xalqsız xalq şairləri - Günün şeiri

Xalqsız xalq şairləri - Günün şeiri
14 sentyabr 2024
# 12:00

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Xalqsız xalq şairləri" şeirini təqdim edir.

Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə qədər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.

# 1345 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #