İranlı reperə edam cəzası

İranlı reperə edam cəzası
21 yanvar 2025
# 09:17

İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur reper Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.

Kulis.az xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib.

Jurnalistlər qeyd ediblər ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.

37 yaşlı reper 2023-cü ilin dekabrından həbsdədir.

O, həmçinin fahişəliyi təbliğ etdiyi üçün 10 il müddətində azadlıqdan məhrum edilib.

# 237 dəfə oxunub

Müəllifin son yazıları

# # #