Sən də tufanla oynama - Günün şeiri

Sən də tufanla oynama - Günün şeiri
12 iyul 2023
# 12:10

Bu gün Xalq şairi Mirvarid Dilbazinin anım günüdür. Kulis.az bu münasibətlə onun "Tufanla oynama" şeirini təqdim edir.


Dəniz küləklə oynadı,
Vəhşi fələklə oynadı.
Yaşıl çəməndə dalğalar
Bu dib çiçəklə oynadı.

Dəniz, o mavi gözlü qız
Çaşdı tufanla oynadı.
Ürəklə, canla oynadı,
Coşdu içindən qaynadı.

Baş götürdü bircə gün;
Bir gün oldu bu toy-düyün.
Biz oturaq, sən səadət,
Dəniz yoruldu büsbütün.

Uçdu ləpəsi aşiqin,
Getdi dəniz küləkləri.
Susdu o mavi gözlü qız,
Susdu o nəğmə səsləri.

Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri...

# 1880 dəfə oxunub

Müəllifin son yazıları

# # #