İlqar Əlfioğluna sərt ittiham

İlqar Əlfioğluna sərt ittiham
29 may 2014
# 10:33

“İlqar Əlfioğluna deyin ki, Nəsiminin fars divanından 2 yox, 120 qəzəl (üstəgəl tərcibənd, "Bəhrül-əsrar" qəsidəsi və rübailər) tərcümə olunub”. Buz sözləri şərqşünas alim Məsiağa Məhəmmədi öz profil səhifəsində tərcüməçi İlqar Əlfioğlunun Kulis.Az saytında tərcümə sahəsindəki problemlərlə bağlı aparılan müzakirədə söylədiyi “İndi məlum olur ki, Nəsiminin farsca divanından cəmi iki qəzəl tərcümə olunub” fikrinə münasibət bildirirək öz facebook səhifəsində yazıb.

Daha sonra M.Məhəmmədi yazıb: “Tərcümə edənlər də rəhmətliklər Mübariz Əlizadə, Mirmehdi Seyidzadə, Məmmədağa Sultanov, İsmayıl Cəfərpur və Abbasəli Sarovludur. Adam bilmədiyini danışmaz və bu yolda zəhmət çəkənlərin ruhlarını incitməz!”

Məsələ ilə bağlı İlqar Əlfioğlunun da fikirlərini öyrəndik. İlqar Əfioğlu Nəsiminin farsca divanı Bakıda, 1972-ci ildə fars dilində çap edildiyini eyib: Bu divan bütöv şəkildə tərcümə olunmayıb, yalnız pərakəndə şəkildə çevrilərək nəşr edilib. Azərbaycan oxucusu Nəsiminin farsca divanı ilə tanış deyil. Bu tərcümələr edilibsə belə, ictimaiyyətə lazımı səviyyədə çatdırılmayıb.

Mən Məsiağa müəllimin mütəxəssis olduğunu bilirəm, yaxşı olardı ki, o, bu sahədə bildiyi məlumatları oxuculara vaxtında çatdırsın. Bu, həm də onun vəzifəsidir”.

# 2478 dəfə oxunub

Müəllifin son yazıları

# # #