"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri

"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri
13 may 2026
# 14:36

Kulis.az Ceyhun Ərmən Vedilinin şeirlərini təqdim edir.

Bizim yurdumuz

Yurdumuzun uğurları gələcək,
Bizi istəməyən tini*, dələcək.
Azərbaycan, Azərbaycan hayqırış!
Dünəni, bu günü udu* gələcək.

Tin-ruh
Udu-və

***

Torpaqlarımız genişdir, çoxalsın,
Beyrəyimiz, Banuçiçək ox alsın.
Səsləyən, hayqıran, çağıran ana,
Dünənləri satmamışdan çox alsın!

***
Dar günümüz daralaraq, azalar,
Ozanımız yenilməzdir, saz alar,
Oxusana! Dədə Qorqud Elini,
Yağımızdan saylarından az alar!

***

Kəngərliyəm, Suvarlıyam, axaram,
Göyünüzdən yıldırımlı çaxaram!
Damğaları daşlardan almışam! Bil!
El-obaya yanına yön* taxaram.

Yön-istiqamət

19.04.2020-ci il

2.

Sayrışan səksənlər

Atalar da axın-axın qatıldı*,
Bağımsızlıq, xürçülükdən* atıldı,
Uruzsuzluq* olmayanlar alırdın.
Sınmamazlıq! Dirənmişlər satıldı.

Qatılmaq-qoşulmaq
Xürçülük-azadlıq
Uruzsuzluq-russuzluq

***
Orduları yeritdilər dönmə Yurd,
Ölməzləri* tapşırdılar, torpaq qurd,
Qanımızdır, daşıyıcı Azərlər!
Onlarda bilməlilər, alaçıq, Yurd!

Ölməz-şəhid

***
Çəkilib, getdilər, sular duruldu,
Üzümüzə Doqsanlar da quruldu,
Xürçülüyün içkisini içdilər!
Anılarla*, anlarımız* buruldu.

Anı-saniyə
An-dəqiqə

***
Elyasaya, Ulutürkə baxanlar,
Arxayındır, çörəyə yağ yaxanlar,
Qayıtmasın! O da, bu da qarışma!
Yönədərik*, buludlardan çaxanlar.

Yönətmək-idarə etmək

19.04.2020-ci il.

3.

Azərik

Yaşımızdır, minilliklər boyunca,
Təpələri danışdırar, doyunca,
Tanımışıq, sığınanı, pıçıldaşar!
Tənlərini* çıxartmışlar, soyunca.

Tən-dəri

***
Kimliyimiz Türklüyümüzdür! Açıq,
Adımızı gün ortasında saçıq,
Azərlikdən utanmayın, alışın!
Anlamı* da deyilməli qaçıq*.

Anlam-məna
Qaçıq-iti qaçmaq

***
Qulaq versən, dediklərimə bilindi,
Azərçilik Türklüyümün ilindi,
Az boyudur*, ər qorxmazdır, anlayın!
İllər boyu ayrılanı silindi!

Boy-tayfa

***
Ebramımız* dedi: Azərdir! Atam!
Oslulular* soraqladılar*, qatam*.
Osarın* Yurdudur! Sariştar* desin!
Yalanları qırağa! Mən mən atam!

Ebram-İbrahim
Oslu-Norveçin paytaxtı
Soraqlamaq-xəbər almaq
Qata-Avestanın qədin nüsxəsi
Osar-Skandinav mənbələrində keçən skandinavların ilkin vətənləri
Sariştar-Zərdüşt peyğəmbər

19.04.2020-ci il.

4.

Yemişlər qatlarda (Meyvələr qatlarda)

Birisi küyləri* də yazmış, olar,
Ayrısı döyüşlərdən güclü dolar,
Düşünərlik* oxulunun* özülü*,
Eləsi düşüncəni qoymaz, solar.

Küy-musiqili səs
Düşünərlik-fəlsəfə
Oxul-məktəb
Özül-təməl

***
Nomları* da uluslara* o, yaydı,
Bilmələri öyrənərək, bol aydı,
Yazdıqlarım üstündə çoxca düşün.
Qurğuların* ilkinlərini saydı.

Nom-din
Ulus-millət
Qurğu-texnika

***
Kimisi dolu tinli*, bol-bol sözlü,
Başçıdır, başımızın üstü özlü,
Kosa-kosa yeyəndə ortaq qardaş,
Oyunçu oyunları oyna! Közlü*!

Tin-ruh
Közlü-Od başında qamların ritualı

***
Bilgələri*, böyükləri bir boşdur,
Uşaqları, gəncləri də gir, çoşdur!
Yemişlər* də yetişsinlər, toxunma!
Nomçulara* demişlər, pirə qoşdur.

Bilgə-müdrik
Yemiş-ümumi meyvə mənasında
Nomçu-dindar

19.04.2020-ci il

5.

Qurtuluşumuz

Ulus* ona səslənmişdir, ondan hay,
Azərbaycan, göy üzü, yumuru ay,
Öncüllərdən* çağdaşıdır, bilərik.
Önlərinə* qaytaranda bilmiş çay.

Ulus-millət
Öncül-öndər
Ön-qabaq

***
Qabağa apardığından doğrult iz,
Baba deyilərdi, unutmarıq, biz!
Düşüncəmiz bilinərdi, çoxdandır,
Doğruları söylədiniz, onunla siz!

***
Min doqquz yüz doqsan-iki min üç tez,
Sözləriniz yox da işlərdədir, sez,
Ordumuzu gücləndirdi, Horadiz,
Təkliyində udacaqsan, yağı bez!

***

Xürçülüyümün* səsini də duyum*,
Baxışımadır, dincliyimdən uyum*,
Arxalara çəkilmişdilər, onlar!
İçəcəyəm, çayımı da tək suyum!

Xür-Azad
Duymaq-hiss etmək
Uyum-uyğunluq

26.04.2020-ci il.

6.

Ölməzlər (Şəhidlər)

Biləsuvardan, Salyandan ərənlər,
Yağıdadır, torpaqlarım! Dərənlər,
Təkliyində vuruşması onlarla,
Qorxaqları tək-tək yerə sərənlər.

***
Cəngçilərimiz*! Qorxmazlardan biridir,
O, indidə aramızdadır, diridir,
Sayqılanan* onurlardan* soyudur.
Canı bərkdir, böyüklərdən iridir!

Cəngçi-hərbçi
Sayqılanmaq-hörmət edilən
Onur-şərəf, ləyaqət

***
Uçmağında* yaşadığı bilinmiş,
İndi onun sözləri də dilinmiş,
Oğulları, qızları da döyüşkən!
Aylar keçər, gün dolanar, ilinmiş!

Uçmaq-cənnət

***
Vur, keç cəngliyi* qardaşım öyünmüş*,
Qazanmağı,diləmişdir*, döyünmüş,
Son sözləri dediyimə baxımlı,
Ölməzliyə* qovuşmuşdur, söyünmüş*.

Cənglik-cəbhə
Öyünmək-fəxr etmək
Diləmək-arzulamaq
Ölməz-şəhid
Söyünmək-sevinmək

26.04.2020-ci il.

7.

Doğaya sevgi (Təbiətə məhəbbət)

Ağacında tumurcuğu aç yaşıl,
Araz çayı, bulaqlardan saç daşıl,
Yağışların, qarlarında duruşu,
Savalandan yaşıllığa get, aşıl.
***
Quşlarına, canlılara baxsana,
Balıqları otlara da taxsana,
Doğamıza anamızdır! Deyilmiş.
Yılanlarım* sürünən axsana!

Yılan-ilan

***
Onlaramı uyğunlaşıb, uyulmuş?
Baxılmışsan, eştmişsən, duyulmuş*!
Yuxumuzdan görərikmi oradan?
Deyilənlər yatmışdılar, uyulmuş.

Duyulmaq-hiss edilmək

***
Doğamızdır*, doğamızın arıdır*!
Neçəlikdir? Qocalmışsan, qarıdır.
Xanımlara, bəylərə desənizə,
Ballarını çəkənlərdir, sarıdır!

Doğa-təbiət
Arı-təmiz

09.05.2020-ci il.

8.

Uca Yaradan

Yoxluqdandır, yaradıldıq, yoxluqdan!
Diləyimiz* Yaradana çoxluqdan,
Anlamlığı* yaşamağımız sevin.
Ox olubmuş, çatadacaqdır, oxluqdan.

Dilək-arzu
Anlam-məna

***
Doğmalarımı qorumağın, dilək*,
Bilikləri aşılayaq, bilək,
Sevilmişəm, sevilmişik, bilirdik!
Qaranlığı yaşamlardan* silək!

Dilək-arzu
Yaşam-həyat

***
Unudulan günlərimiz dönümdür,
Unudulmur, Göydəki də önümdür,
Səninikmi? Orduların quşatdı,
Alqışlarım vurğulanan yönümdür.

***
Yanımızdan çəkilməyən, Göyümlük,
Tanığımız*, ucasıdır, öyümlük,
Dilə-dilə, çox-çox oxşa, bizləri,
Tinimizi* birləşdirən, döyümlük!

Tanıq-şahid
Tin-ruh

09.05.2020-ci il.

9.

Türkçülüyümüz

Ulusumu* sevməliyəm! Çoxluğu,
Ucaldıram, seviləni, yoxluğu,
Böyüklərim vermişdilər, ucalıq,
Türkçülüyüm yenilənmiş, oxluğu!

Ulus-millət

***
Yeniliklər istəyirdimmi? Qurdum!
Sağçılarla da doludurmu Yurdum?
Atsız udu* Türkeş Türkçü araşdır!
Börülüyüm keçilməyəndə Qurdum!

Udu-və

***
Türk Birliyi göylərdənmi yaradar?
Hunluları keçmişində aradar,
Gətirərmi, götürərmi, Hunlarım?
Sığışmarıq! Yurdumuza qara dar.

***
Göytürklərdən qayıdışın önəmmi?
Quzey, batı, güney, doğu yönəmmi?
Birləşməli! Ayrışmağa baxmayın!
Yanlışlıqdan* yeyinlikcə* sönəmmi?

Yanlış-səhv
Yeyin-sürət

27.06.2020-ci il.

10.

Türk Birliyi

Ulusdaşlar* birləşməli, gəlinsin!
Əngəllər* birliyimizlə dəlinsin,
Torpağı da bölgülərlə birləşdir.
Dəmir dağ da çağrışdırır, çəlinsin.

Ulusdaş-eyni millətə olan müraciət

***
Qafqazlardan Yükatana yaxarıq,
Dözülməmiş, dağılmamış axarıq,
Qardaşlıq, qardaşlığı axtarsın!
Andımızdan istəyənə yaxarıq!

***

Diləmişdir*, Tanrımızdan diləyim*,
Anadolu çatdırılmış biləyim,
Uzaq batı*, özdə doğu* sevinmiş!
Qaqauzlardan güclüklə siləyim.

Diləmək-arzulamaq
Dilək-arzu
Batı-qərb
Doğu-şərq

***
Azərlərdə ortalıqda qalmışlar,
Altıntənlilər* Suvardan almışlar,
Günəşdoğanlı, Turanlı, Alpdağlı,
Mancurlar, Uyğurlar onlar dalmışlar!

Altıntənli-hindu

09.08.2020-ci il.

11.

Döyüşkən Sübaşı

(Döyüşkən General)

Qorxmazdır, süyüm* keçmişdən vuruşar,
Ulusuna* güvənərək*, duruşar,
Ayrılmazdır, oğul-ana özündən,
Gəlin-qız, xanım-xatun saç buruşar.

Sü-əsgər
Ulus-millət
Güvənmək-etibar etmək

***
Ölməzliyinə* qovuşacaq, ordu,
İstəməyənləri onsuz yordu,
Dözümlülük də sınanılmalıdır!
Sorularımızı* da özdə sordu.

Ölməz-şəhid
Soru-sual

# 63 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər