İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı
12 noyabr 2025
# 10:38

Kulis.az Həmid Herisçinin dünən təyyarə qəzasında həlak olan türk hərbçilərin xatirəsinə həsr etdiyi "İz gedir Azərbaycan Tarixi Muzeyinə" şeirini təqdim edir.


Gir, öz köhnə şalvarının cibinə,
get hər dəfə bir az da, bir az da dərinə
bilmək istəyəndə
Kim? Nə?
Hansı laməkan qüvvə...
Yaddaşında canlananda bir qara kölgə
Öz köhnə şalvarlarının cibinə bax yaxşı-yaxşı
Get, hər dəfə bir az da aşağı...
Tapıbsan,
Artıq ovcundadı...
Cinayərkarın 3D ölçülü səkli...
Gir, öz şalvarının cibinə...
dəyəndə nəsə əlinə...
Çox getmə, daha da dərinə...
Xatırla, oyuncaq dükanından,
Aldığın su tapancasından
ilk cavabsız atəşini necə açdın
bir Sovet zabitinə...
sonra bir küçə itinə.
Axır bir dünya gözəlinə...
Bir az da getsən, dərinə
yol səni özü aparacaq Azərbaycan Tarixi Muzeyinə,
yaxınlaşıb tozlu vitrinə
görəcəksən Azıx mağarasından tapılmış alt çənə,
bu ilk tarixi numunə
Məxsusdu elə adamyeyənə...

biləcəksən...
Davam edir
qədim ənənə.
Həlak olanların əziz xatirəsinə..
Məhmədciyə...
Mərsiyə
1991 Qarakənddə... 2024-də Aktauda...
İndi də eyni qüvvədi.
Eyni güvədi.
Eyni güvə.

# 223 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər