Solmuş qərənfil - Rüqəyyah Şükürova

Rüqəyyah Şükürova

Rüqəyyah Şükürova

10 dekabr 2021
# 17:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rüqəyyah Şükürovanın “Solmuş qərənfil” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ətrafdakı dərin səsliyi küləyin həzin vıyıltısı və iki nəfərin ayaq səsləri pozurdu. Beş yaşlı bir oğlan uşağı ilk dəfə gəldiyi bu məkanı qəribsəmiş ətrafa diqqətlə baxırdı. Bir az irəlilədikdən sonra artıq yavaş-yavaş alışmağa başladı. İçindəki qorxu və hüzn dolu duyğuların səngiməsiylə nənəsinin əlini buraxmış hətta ondan qabağa keçərək irəliləməyə başlamışdı. Buranın kədər dolu xatirəsindən,həyatın onun ailəsinə yaşatdığı bu acı imtahandan xəbərsiz olduğu o qədər bəlliydi ki... gülüşündən, atılıb düşməsindən, o məsum baxışlarından...

İlk dəfə gəlməsinə baxmayaraq sanki dəfələrcə gəlmişcəsinə tam orda dayandı. Bir neçə dəqiqə baxdıqdan sonra əlini ona uzadıb həyəcan dolu baxışlarla nənəsinə səsləndi.

"Nənə!!!! Ona bax".

Yaşlı qadın gülümsəyərək "hə" mənasında başını salladı. Nəvəsinin saçını tumarlayaraq üzündən öpdü.

Məzar daşının üzərini təmizlədikdən sonra solmuş qərənfilləri bir kənara qoyaraq yeniləriylə dəyişdirdi. Dərin nəfəs alıb iç çəkərək məzar daşının üzərindəki şəkilə baxdı. Hər zamanki kimi gülümsəyirdi... Bir anlıq gözləri doldu yaşlı qadının... bu zamana kimi zərrə qədər belə səngiməyən o dərd yenə içini bürümüşdü. Başını məzar daşına söykədi İllərdi həsrətində olduğu qoxusunu sanki məzar daşında duymağa çalışırdı. Yenə göz yaşlarını içinə ataraq ona heç vaxt cavab verə bilməyəcək qəhrəmanına səsləndi.

"Görürsən necə böyüyüb Torpağım. Səni heç görməyib. Sadəcə şəkillərdə görməsiylə necədə tanıdı səni, bu qədər məzar içindən necədə tapdı. Sənə bənzəyir Torpağım həm də çox..."

Balaca torpaq nənəsinin kənara qoyduğu solmuş qərənfillərlə oynayır bir yandan da nənəsinin məzara baxaraq danışmasını heyrətlə izləyirdi. Axı o məzar daşının ardında birinin yatdığını, bir zamanlar danışdığını, güldüyünü, onların ailəsinin bir üzvü olduğunu anlamırdı. Torpaq nənəsinin əlindən tutaraq ona səsləndi

"Bax nənə bu güllərə ölüblər onlar. Anam demişdi ki, gülləri qoparsan solar. Nənə bəs onda niyə o qərənfilləri torpaqdan qopardıblar?"

Bu sualı eşidəndə heç nə deyə bilməmişdi. Gözləri dolmuş, sanki ürəyinə dağ çəkilmişdi. Axı oda illərdir bu sualin cavabını axtarır, onun içidə bu sualın cavabı üçün yanıb tutuşurdu.

27.09.2020

Böyük bir sevinclə evə tərəf qaçmağa başladı. Kəndin başında qəssab Əhməd kişi onun qaçaraq gəldiyini görüb uca səslə səsləndi.

"Torpaq bala, nolub hara tələsirsən?"

Torpaq elə surətlə qaçırdiki özünü güclə saxladı və həyəcanlı şəkildə Əhməd kişini qucaqladı.

"Gedirəm, Əhməd dayı, gedirəm".

"Bala hara belə? haradır yolun?"

"Qarabağa ay dayı!!! Qarabağa!!" deyərək Əhməd kişinin ağzını belə açmasına fürsət vermədən qaçaraq evə tərəf getdi. Evə çatırdı küçənin başinda bir anlıq ayaq saxladı Üzündəki o sevinc və təbəssümun yerini qərarsızlıq,kədər aldı.Ailəsinə bunu necə deyəcəkdi. Axı onlarin xəbəri yox idi.Döyüşlərə könullu yazilmişdi.Qarabağ onu gözleyirdi axı.Ailesini çox sevirdi ancaq nə qeder sevsədə vətənin dar günündə otura bilməzdi.O alçaqlardan qisas alma isdəyi sanki ruhunu əsir almişdi.

Dərin nəfəs aldıqdan sonra evə tərəf yollandı.İçəri girdikdə Qərənfil ona səsləndi.

"Torpaq harda qaldın? gəl süfrə hazırdır"

Hərkəs masa arxasinda əyləşmiş Torpağin gəlməsini gözləyirdi.

Süfrəyə oturduqda dahada böyük dərt sarmişdi içini......

Oğlum hara getmişdin?" deyə atası soruçdu.Cavab verə bilmirdi.Sadəcə baxırdi....

"Torpaq oğlum nəsə olub? yaxşi görsənmirsə " deyə atası yenə dilləndi. Ancaq o yenədə cavab verə bilməyib yox mənasinda başini salladi

Yeməkdən sonra Torpaq həyətdəki böyük qoz ağacının altda oturub dərin-dərin fikirləşirdi.Atası Vətən kişi oğlunu fikirli görüb yanına gəldi.Oğlunun qarşisinda oturaraq əlini onun dizinə qoydu.

"Oğul de görək nolub.nəsə demək isdəyirsən bilirəm"

"Ata axşam gedirəm. döyüşə çağırdılar könüllü yazilmişdim" dedi Torpaq səsi titrəyərək.

Vətən kişinin bir anlıq gözləri doldu sanki ürəyinə bir od düşmüşdü.bu gözləmədiyi xeber idi.

"Könüllü yazildim ata bunu sizə deyə bilmədim,kədərlənməyinizdən qorxdum.Amma dahada gizlətmək olmur.Ata nə edecəm ya Qərənfil....ona nə deyəcəm.Uşaqlara necə başa salacıq."

Ətrafa bir neçə dəqiqə səssizlik hakim oldu.Vətən dayını bu xəbər həm sarsiltmiş həmdə qürurlandirmişdi.Oğlunun vətənə ,torpağa olan sevgisini çok yaxşi bilirdi.Onunla qürur duyurdu.Birdənəcik oğlu vətən üçün can verməyə hazir idi, necədə qürur duymasin axi.....

Ama bir yandanda qorxurdu.Oğlunu itirməkdən çox qorxurdu.Ancaq oğlunun bunu hissetməsinə icazə vermir özünu güclu gösdərirdi.gülümsəyərək oğluna baxdı.

"Yolun açıq olsun oğul! get oğlum...get! bu vətən hər birimizdir.Sən qorumasan o qorumasa kim qoruyacaq bu vətəni.Qərənfildəndə uşaqlardanda nigaran qalma.bu vətən uğrunda çox qan töküldü çox can yandı,çox məsum qani yerdə qaldı vaxdıyla.Oğul mən səni çox yaxşi taniyiram.Sən bir qarişqayı belə incitməzsən.Amma orda bu mərhəmət hissinin səni əsir almasina izin vermə.Düşmənə mərhəmət gösdərmə.Unutmaki onlar buna layiq deyillər.Birdə unutma vətən uğrunda haqq yolunda can verenler heç vaxd ölmez.o zirvəyə qalxmaq hər insana nəsib olmaz.Onlarca insanin qanını öz qaniyla yumaq her kişininde işi deyil oğul.Vətən uğrunda ölmək az insana nəsib olan ən gözəl hədiyyədir.Buna görə lazim gəlsə vətən üçün öl oğul"

dedi Vətən dayı.Ancaq "vətən üçün öl"

dedikdə səsi titrəmiş gözundən bir damla yaş süzülmüşdü.Sanki qurduğu cümlələrin ardında "Sağ salamat geri qayıt" cümləsini gizlətmişdi.Oturduğu yerdən qalxıb evə tərəf bir neçə addim getdikdən sonra ayaq saxlayıb oğluna son defe baxdı.

Atasının sözlərindən sonra Torpaq dahada həvəslənmiş o alçaqlardan vətənini xilas etmək üçün tələsirdi.

Günəş yavaş- yavaş batirdi.Torpaq artiq bir neçə saatiydiki burda oturmuş ailəsini buna necə alışdıracağini düşünürdü.bu düşüncə artıq onu yormuşdu. düşünməyin mənasiz olduğunu anlayıb evə tərəf getdi.

Qərənfil balaca qızını qucağına oğlunu isə yaninda oturtmuşdu.Torpaq içəri girən kimi nəsə olduğunu anladı.Qərənfilin gözləri dolmuş ağlamamaq üçün özünü güclə tuturdu.Bir yandan ağlayan qızını susdurmağa çalişir bir yandada oğluna yemək yedizdirirdi. Torpaq atasının onu çətinlikdən qurtarıb,xəbəri verdiyini evdəki əhval-ruhiyədən anlamişdi.

Qərənfil uşaqları yatızdırdıqdan sonra bir stəkan çay süzüb qonaq otağına keçdi.Çayı Torpağın qarşisina qoyub bir qıraqda heçnə demədən oturdu.

"Qərənfil heçnə deməyəcəksən?"

Qərənfilin yanağından bir damla yaş süzülüldü,gözyaşini silib gülümsədi.

"Sən bizdən narahat olma Torpaq. Sən Allaha vətən sənə əmanətdir.Sağ salamat get-gəl."

Bu sözlər Torpağin içini biraz olsun rahatlatmişdir.Qərənfil güclü qadın idi.Həyat yoldaşının döyüşə getməsi onu qorxudurdu.Ancaq yenədə gülümsəyir,güclü dayanirdi.Torpağin gedişi üçun kədərlənib özünü itirə bilməzdi.Axı uşaqlar üçün güclü qalmaliydi.

Ayrılıq vaxdı gəlib çatmişdi.Kəndin camaatı Torpağı yola salmaq üçün toplaşmışdır.

Bütün dostlarıyla sağollaşdıqdan sonra Torpaq oğlu və qızını qucaqlayıb bağrına basdı.Qərənfilə baxaraq "Narahat olma!özünədə ,uşaqlarada yaxşı bax qayıdacam inşallah" dedi.

Qərənfilin içində güclə saxladığı qorxuları və sözləridə gözyaşlarıyla birgə süzüldü o an.

"Bəs gəlməsən....Torpaq biz nə edərik?"

"Dayanmalısınız Qərənfil güclü qalmalısınız Amandır haa!! ağlamayasan.Ağlayıb o alçaqları sevindirmə heç vaxd"

Torpaq atasıylada vidalaşdıqdan sonra yola çıxdı.

20.10 2020

Atəş səsləri hər yanı bürümüşdü.Gecənin səssizliyini atılan roketlərin səsi pozurdu.Qarabağa gedən bu yolda zəfər qazanmaq əsgərləri daha da gücləndirir,qazanılan hər qarış torpaq dahada ürəkləndirirdi.

Bir müddətliyinə roketlərin səsi dayanmış,gecə yenə öz qaranlığı səssizliyinə qovuşmuşdu.Torpaq səngərdə oturub silahini təmizləyir,bir yandanda ətrafa göz gəzdirirdi.Döyüş yoldaşlarinin çox yaralanib xəstəxanaya aparilmiş,bəziləridə gozlərinin qabağında şəhid olmuşdu.

"Torpaq az qaldı düşmən çox dayana bilməz.Qarabağı bir neçə günə alıb qayıdacıq haa deyəsən" - deyərək döyüş yoldaşı Cavid silahını yerə qoyaraq Torpaqğın qarşisinda oturdu.

Cavid Torpağın həm sinif həm döyüş yoldaşı idi. Uşaqlıqları birlikdə geçmiş neçə il sonra cəbhədə qarşılaşmişdilar.

"Hə Cavid bəs bilmirdilər ki Azərbaycan əsgəri onları yıxıb keçəcək,bəs bilmirdilər ki iti qovan kimi qovacıq onları" deyərək gülüşdülər . Mənfur düşmənin atəşiylə söhbətləri yarım qalmış,silahlarini alaraq yerlərinə keçmişdilər.Bir müddət sonra Cavidin səsi gəldi

"Kömək edin mənə Torpaq!!"

Alçaq düşmənin atdığı mərmi onu yaralamış,döyüş meydaninda qalmışdı.

Atəş səsləri həryanı bürümüşdü.

Torpaq Cavidə tərəf irəliləməyə başladı.

" Nə edirsən sən!!!Gözlə biraz getmə!!!" Deyə əsgər yoldaşları səslərini eşitdirməyə çalişdilar .Axı necə gözləyə bilərdi?Yoldaşı hər geçən saniyə daha çox qan itirirdi.Cavidə tərəf getməyə davam etdi.Birdən içini qəribə bir hiss bürüdü.Ayaqları bədənını saxlaya bilmir gözləri qaralırdı..özünü saxlaya bilməyib yerə yıxıldı.Gücünü toplayib qalxmağa çalışsada bunu edə bilmir daha çox güc itirirdi.Sanki dizləri yerə möhürlənmiş,nə isə onun yerdən qalxmasina icazə vermirdi.Sol tərəfində bir ağrı hissetdi...Başını Cavid tərəfə çöndərdi .Qarşısında huşsuz yatirdi.

Çiynində bir ağrı hissetdi.yerdəki qanı görüb əlini çiyninə apardı.Əlinə bulaşmış qanı görəndə vurulduğunu anladı...Bir an nəfəs ala bilmədiyini hiss etdi.Gəldiyi gündən bəri qoxusuna,havasına heyran qaldığı Qarabağ bu səfər sanki havasini ondan əsirgəyirdi..

Qərənfilə verdiyi söz yadına düşdü.Ona söz vermişdi qayıdacağına,hərşeyin yaxşı olacağına söz vermişdi...Ya oğlu.. axı onu Qarabağa özü gətirəcəyinə söz vermişdi.Övladları körpəydi ,axı hələ onlara doya bilməmişdi.Gözündən axan bir damla yaş qanına qarışdı. Atasının dedikləri gözünün önündən film kimi keçdi getdi.

"Oğul unutma şəhidlik zirvəsi az insana nəsib olan ən gözəl hədiyyədir.Lazım gəlsə vətən üçün öl oğul!!"

Bir təbəssüm yarandı üzündə.Artıq Torpağın gözləri yumulur,onları saxlaya bilmirdi.Ürəyi dayan deyir,gözləri isə yuxu üçün yalvarırdı. Son dəfə gücünü toplayıb Cavid tərəfə döndü.Cavid hərəkətsiz yatırdı ancaq buna baxmayaraq gülmümsəyirdi.Bunu görən Torpağın üzündə bir təbəssüm yarandı və gözlərini əbədi yumdu.

20.10.2050

"Nənə bəs onda niyə o qərənfilləri torpaqdan qopardıblar?"

Bu suali eşidəndə heçnə deyə bilməmişdi.Gözləri dolmuş,sanki ürəyinə dağ çəkilmişdi.Axı oda illərdir bu sualin cavabini axdarır onun içidə bu sualın cavabı üçün yanıb tutuşurdu.

Qərənfil nənə illər əvvəl verdiyi sözü sonuna qədər tutmaqda qərarlıydı.Ağlayıb düşməni sevindirməyəcəkfi Gözləri dolsada,içdən-içə ağlamaq isdəsədə ağlamır,boğazını yandıran gözyaşlarını elə gözündə qurudurdu.

Qərənfili Torpaqdan niyə qoparırlar?? O alçaqlar onu Torpağından niyə qoparmışdılar axı?.. Bunun cavabını illər keçsədə tapa bilməmişdi.Bu keçən zaman həsrətini biraz olsun səngitməmişdi...

Qərənfil nənə məzar daşına son qərənfilidə qoyub şəhidiylə vidalaşdı. Nəvəsinin əlindən tutaraq yoluna davam etdi...

# 2904 dəfə oxunub

Müəllifin son yazıları

# # #