Bu gün avstiyalı romançı Robert Musilin doğum günüdür.
Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.
Axmaqlıq hər istiqamətdə fəaldır və həqiqətin bütün paltarlarını geyinə bilər. Həqiqət isə hər bir vəziyyət üçün yalnız bir paltara və bir yola malikdir, həmişə əlverişsiz mövqedədir.
***
Dünyanı bir günlüyünə idarə edə bilsəydin, nə edərdin? Güman ki, reallığı ləğv etməkdən başqa əlacım qalmazdı.
***
İnsan nədirsə onu edir, nə edirsə, o olur.
***
Əgər reallıq hissi varsa, deməli, imkan hissi də olmalıdır.
***
Sağlam insanla ruhi xəstə arasında olan fərq sağlam insanın bütün ruhi xəstəliklərə sahib olması, ruhi xəstənin isə yalnız birinə sahib olmasıdır.
***
Qat-qat sənət həyatı çılpaqlaşdırır.
***
Hər insan öz düşüncələrinin qəbiristanlığıdır. Onlar bizim üçün ən çox doğulduqları anda gözəl olurlar, sonradan əvvəllər bizi sehrlədikləri halda, indi bizi laqeyd qoyduqları üçün dərin bir ağrı hiss edə bilirik.
***
Tərəqqi gözəl olardı - kaş ki, dayanaydı.
***
...Sevgi dini və təhlükəli təcrübələrdən biri hesab edilməlidir, çünki o, insanları ağlın qucağından qaldırıb ayaqları altında heç bir zəmin olmadan onları üzməyə məcbur edir.
***
Filosoflar zorakılıq edən, lakin ixtiyarlarında ordusu olmayan, buna görə də dünyanı bir sistemə kilidləməklə ona tabe olan insanlardır.
***
Belə bir düşüncə gəldi ki, sənətdə sevilən hər şey gözəlləşir. Gözəllik nəyinsə sevilməsi faktının ifadəsindən başqa bir şey deyil. Onu yalnız bu cür təyin etmək olar.
***
Yalnız axmaqlar, fanatlar və ruh xəstələri ruhun ən yüksək həddində yaşamağa dözə bilərlər. Sağlam insan həyatın həmin sirli alovun qığılcımı olmadan yaşamağa dəyməyəcəyini bəyan etməklə kifayətlənməlidir.
***
İstədiyi kimi hərəkət etməyə icazə verilən şəxs saf məyusluqdan tezliklə başını kərpic divara çırpacaq.
***
Məgər bilmirsən ki, hər bir mükəmməl həyat sənətin sonu olardı?
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva