“Kod adı V.X.A” yenidən nümayiş olunacaq

“Kod adı V.X.A” yenidən nümayiş olunacaq
16 dekabr 2023
# 12:10

Dekabrın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Əhməd Cavadın anadan olmasının 130, repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik heyəti rol alıb.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara əsaslanır.

Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskovdur. Plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

# 488 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #