"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald
24 sentyabr 2026
# 13:30

Bu gün irland əsilli məşhur amerikalı yazıçı Frensis Skott Fitsceraldın doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Beləcə, axına qarşı üzən qayıqlar tək irəliləyir, dayanmadan keçmişə doğru sürüklənirik.

***

İstəyirəm ki, o, axmaq olsun — bu dünyada qız uşağı üçün bundan yaxşı şey ola bilməz: gözəl, balaca bir axmaq.

***

İnsanın həyatında yaşaya biləcəyi ən tənha an — bütün dünyasının gözləri önündə darmadağın olmasını izlədiyi, əlindən isə sadəcə donuq şəkildə baxmaqdan başqa heç nəyin gəlmədiyi andır.

***

Bütün ədəbiyyatın gözəlliyi də elə budur. Sən kəşf edirsən ki, sənin arzuların bəşəri arzulardır, tək deyilsən və heç kəsdən təcrid olunmamısan. Sən bu dünyaya aidsən.

***

Mənə qəhrəman göstər, sənə faciə yazım.

***

Mən məsumluğumu təkrarlamaq istəmirəm. Onu bir daha itirmək həzzini yaşamaq istəyirəm.

***

Mən eyni vaxtda həm içəridə, həm də çöldə idim; həyatın tükənməz rəngarəngliyi məni həm heyran edir, həm də qorxudub uzaqlaşdırırdı.

***

Mən böyük məclisləri sevirəm. Onlar o qədər səmimi olurlar ki. Kiçik məclislərdə isə heç bir məhrəmlikdən söhbət gedə bilməz.

***

Mən onun cəsarətinə, səmimiyyətinə və odlu qüruruna aşiq oldum. Bütün dünya onun haqqında şübhələrə qapılsa belə, mənim inandığım tək şey məhz bunlardır. Mən onu sevirəm və bu, hər şeyin başlanğıcıdır.

***

Günəş şüaları və sürətli filmlərdəki kimi ağacların budaqlarında sürətlə pöhrələyən yarpaqlarla birlikdə, məndə o tanış inam yarandı: yayla birlikdə həyat yenidən başlayır.

***

Əslində, aşiq olmamışdım, sadəcə, bir növ zərif maraq hiss edirdim.

***

O, elə anlayan tərzdə gülümsədi ki — adi anlayışdan qat-qat artıq. Bu, insanda ömrü boyu bəlkə dörd-beş dəfə rast gələ biləcəyi əbədi təskinlik verən nadir təbəssümlərdən biri idi. O, sanki bir anlığa bütün kainata baxır, sonra isə tam bir qərəzsiz heyranlıqla diqqətini birbaşa sizə yönəldirdi. Sizi tam olaraq istədiyiniz qədər başa düşür, özünüzə inandığınızdan daha çox sizə inanır və ən gözəl anlarınızda belə özünüz haqqında yaratmaq istədiyiniz təəssüratın məhz onunkunda olduğunu sizə əmin edirdi.

***

Görürsənmi, başıma gələn kədərli hadisələri unutmağa çalışaraq o yan-bu yana sərgərdan dolaşdığımdan, adətən özümü yad adamların arasında tapıram.

***

Dünyada yalnız təqib olunanlar, təqib edənlər, məşğullar və yorğunlar var.

***

Gənc və həssas illərimdə atam mətni hələ də unutmadığım bir məsləhət vermişdi: Kimsəni qınamaq istəyəndə, yadında saxla ki, bu dünyadakı bütün insanlar sənin sahib olduğun imkanlara malik olmayıblar.

***

Keçmişi təkrar etmək olmaz?… Əlbəttə ki, olar!

***

Bütün nida işarələrini çıxar. Nida işarəsi öz zarafatına özünün gülməyinə bənzəyir.

***

Yaşasın spirtli içki – həyatın çəhrayı eynəyi!

**

İtirilmiş şeylər daha şirin olur. Bilirəm, çünki bir dəfə nəsə istəmişdim və əldə etmişdim. Bu, həyatımda şiddətlə arzuladığım yeganə şey idi və ona çatanda ovcumda toza döndü.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər