ABŞ Ekran Aktyorları Gildiyasının 100%-i tətilə səs verdi

ABŞ Ekran Aktyorları Gildiyasının  100%-i tətilə səs verdi
6 iyun 2023
# 14:10

Amerika Birləşmiş Ştatlarının Ekran Aktyorları Gildiyası (SAG-AFTRA) iyunun sonuna qədər maaşlar artırılmasa və yayım xidmətlərinin prodüserləri ilə razılığa gələ bilməsə, tətilə edəcək.

Kulis.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Məlumata görə, keçirilən sorğu əsasında müəyyən olub ki, Gildiya üzvlərinin 65 000 nəfərin 97,91%-i tətilin lehinə səs verib.

Ümumilikdə ittifaqın 160 000 aktyoru, yayım jurnalisti, diktoru, aparıcısı və kaskadyoru var. ABŞ Kino və Televiziya Prodüserləri Alyansı ilə danışıqlar iyunun 7-də başlayacaq.

Əgər prodüserlər film məzmununun yaradılmasında süni intellektdən istifadəyə məhdudiyyətlər, əlavə ödənişlər və əlavə ödənişlərə razı olmasalar, aktyorlar tətil edəcəklər.

Xatərladaq ki, mayın 2-də ABŞ-də ssenaristlər tətilə başlayıblar. Onlar əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaq üçün kinostudiyalarla danışıqlar apara bilməyiblər.

# 1352 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #