Rasim Həmidi-Güllə yarası-Ən qısa hekayə

Rasim Həmidi-Güllə yarası-Ən qısa hekayə
17 dekabr 2013
# 13:00

Kulis.Az Rasim Həmidinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Güllə yarası” (426 işarə) hekayəsini təqdim edir.

Hıçqıra-hıçqıra soruşdu:

- Balam necədi ?

- Rahilə xala, narahat olma Rüfət yaxşıdır. Sadəcə, balaca güllə yarası var, o da keçib gedəcək. Div kimi oğlandı, ona erməni gülləsi təsir etməz. Üzündə süni gülüş yaradaraq: - Neçə ildir sizə gəlib-gedirəm, mənə inanmırsan? Deyirəm oğlun sağdır.

- Həə ?

- Narahat olma.

Bu vaxt kəndə girən "Təcili yardım" maşınlarını görən ana, ayaqyalın onların qabağına qaçmağa başladı. Maşınlara çatmamış məsciddən gələn azan səsini eşidib yerindəcə dünyasını dəyişdi.

# 1769 dəfə oxunub

Müəllifin son yazıları

# # #