Aktyor, Prezident mükafatçısı Ziya Ağa bundan sonra yaradıcılıq fəaliyyətini müstəqil "M" Teatrı və YUĞ Teatrı ilə yanaşı, yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirəcək.
Kulis.az xəbər verir ki, o, 2016-ci ildən 2023-cü ilə qədər Akademik Milli Dram Teatrında bir çox tamaşalarda irili-xırdalı obrazlarla çıxış edib.
Aktyor H.Cavidin "İblis" əsəri əsasında yeni hazırlanan tamaşada Arif obrazının məşqlərinə başlayıb.
- Azərbaycanlı yazıçı və oğlu koronavirusa yoluxdu
- Məşhur amerikalı aktyor vəfat etdi
- İndi mən o budaqdakı nar kimiyəm – Səxavət Sahilin şeirləri
Məlumat üçün bildirək ki, yeni tamaşanın quruluşçu rejissoru teatrın bədii-rəhbəri və baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.