Kino Agentliyinin elan etdiyi müsabiqənin şərtləri bu tarixdə açıqlanacaq

Kino Agentliyinin elan etdiyi müsabiqənin şərtləri bu tarixdə açıqlanacaq
7 iyul 2023
# 11:03

“Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan elədiyi müsabiqənin şərtləri, xəbər verildiyi kimi, iyulun 18-də açıqlanacaq”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Media və Kommunukasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

“Sosial mediada müsabiqə ilə bağlı layihələrin qəbulunun iyulun 18-də başa çatması ilə bağlı deyilən fikirlər yanlışdır. İyulun 18-də həm müsabiqəyə layihələrin təqdim edilmə şərtləri açıqlanacaq, həm də ümumilikdə müsabiqə haqqında təqdimat olacaq”, – Aynur Kərimova əlavə edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyi dünən film layihələrinin qəbulu ilə bağlı müsabiqə elan edib. Müsabiqənin konkret şərtlərinin açıqlanmaması media və sosial şəbəkədə müzakirələrə səbəb olub.

# 757 dəfə oxunub

Müəllifin son yazıları

# # #