Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşdı

Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşdı
1 fevral 2023
# 15:40

Ötən günlərdə xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.

Kulis.az xəbər verir ki, “Günün sədası” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan ifaçı bacısının vəziyyətinin ağır olduğunu bildirib:

“Son illər böyrəyindən şikayətlənirdi, deyirdi, qaraciyərim ağrıyır. Müalicə almışdı, amma son bir həftə ərzində qripə yoluxdu. Xəbərim yox idi, bir neçə gün evdə yatıb, qızdırması olub. Qızı zəng etdi mənə ki, anamın qızdırması var, əli-ayağı şişib. Gedib gördüm ki, bədəninə su gəlib. Onu dərhal özəl xəstəxanaya yatızdırdım. Qızdırmaya görə, qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Buna görə, damara qan getmir. Ciyərləri və böyrəyi fəaliyyətini itirib. Bu günlərdə bacardığım qədər bu məsələnin üstünə düşdüm. Həkimlər sağ olsunlar. Bu gün bacımın qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var".

# 2361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #