Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə noyabrın 11-də başlanan Bakı Ekspo Mərkəzində başlanan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Kulis.az xəbər verir ki, sərgi çərçivəsində “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşidin yenicə işıq üzü görən “Zəfərdir mənim adım” adlı şeirlər kitabının imza günü keçirilib.
“Təhsil” nəşriyyatında çap olunmuş kitabda müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər toplanıb.
- Əyyaş ata – Emin Pirinin hekayəsi
- Əməkdar artistin oğlu xəstəxanaya yerləşdirilib
- Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
Xatırladaq ki, Mina Rəşidin atası Birinci Qarabağ mühribəsinin mülki şəhidi, iki qardaşı isə qazidir. Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı olan Mina xanımın indiyədək 8 kitabı işıq üzü görüb. Onlardan 6-sı məhz uşaq ədəbiyyatına aiddir. Onun yeganə nağıl kitabı Türkiyədə “Asmaltı” nəşriyyatının hesabına çap edilib.
Mina Rəşid bir çox ədəbi müsabiqələrin, o cümlədən, Mədəniyyət Nazirliyinin 2020-ci ildə keçirdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə esse janrı üzrə 1-ci yerin qalibi olub.