#

“Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılacaq

“Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılacaq
11 aprel 2023
# 10:06

Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, aprelin 12-də Dmitriy Şevardnadze adına Milli Qalereyada Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə ba.

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi rəssamın 60 illik müddət ərzində ərsəyə gətirdiyi zəngin yaradıcılığının yalnız bir hissəsini nümayiş etdirir. Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.
Çingiz Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

# # #