"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq
4 noyabr 2026
# 18:00

"John Wick" film seriyasının ulduzu Kianu Rivz ikonik obrazını yenidən canlandıracaq.

Kulis.az xəbər verir ki, məşhur aktyor "Saber Interactive" tərəfindən hazırlanan yeni böyük büdcəli videooyunda həm səsi, həm də xarici görünüşü ilə başrolda yer alacaq.

"Sony"nin təqdimatında anons edilən oyun 2014-cü ildəki ilk filmin illər öncəsini — Con Uikin təqaüdə çıxmazdan əvvəlki gənclik dövründən bəhs edəcək.

Ekran işinin rejissoru Çad Stahelski də layihənin yaradıcı heyətində iştirak edəcək.

Oyunçulara seriyanın imzası olan "gun-fu" sisteminə əsaslanan sərt döyüş mexanikaları, yaxın əlbəyaxa döyüşlər və avtomobil təqibləri təqdim olunacaq.

Qeyd edək ki, oyunun 2028-ci ildə çıxacağı gözlənilir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər