“Zaman maşınında səyahət” kitabı çap olundu

“Zaman maşınında səyahət”  kitabı çap olundu
4 aprel 2022
# 15:40

Vüqar Haqverdiyevin elmi-fantastika janrında yeni kitabı nəşr olunub.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, onun elmi-fantastika janrında yazdığı “Zaman maşınında səyahət: Qırmızı Adamlar Planeti” kitabı nəşr olunub. Kitab “Xan” Nəşriyyatının “Balabilgə Nəşrləri”ndə işıq üzü görüb. Nəşrin redaktoru Hədəf Nəşriyyatının direktoru Səbuhi Şamursoy, rəssamı isə müəllif özüdür.

Kitab yeniyetmə uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanda elmi fantastika janrının inkişaf etdirilməsi, elmin populyarlaşdırılması, uşaqlarda və yeniyetmələrdə elmə marağın oyadılması, AMEA-nın və onun nəzdindəki Yüksək Texnologiyalar Parkının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Əsər elmin gücündən istifadə edərək zaman maşını düzəldib keçmişə, gələcəyə və başqa planetə səyahət etmək istəyən yeniyetmə oğlanın və ona bu işdə köməklik göstərən YTP-də çalışan təcrübəli professorun başına gələn qəribə və həyəcanla dolu macəralardan bəhs edir.

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #