Yusuf Güney sərbəst buraxıldı

Yusuf Güney sərbəst buraxıldı
12 may 2026
# 12:48

Narkotik vasitələrin təbliğində ittiham olunaraq həbs edilən türkiyəli müğənni Yusuf Güney ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.

Kulis.az xəbər verir ki, məhkəmənin qərarı ilə sənətçi həbsinin 33-cü günündə təxliyə edilib.

Qadağan olunmuş DMT çayı və kokain şoku

Qeyd edək ki, Yusuf Güney "YouTube" kanalında yayımlanan proqramların birində tərkibində qadağan olunmuş DMT maddəsi olan çayı təriflədiyi və bununla da "narkotik vasitələri təbliğ etdiyi" əsası ilə saxlanılmışdı. Saxlanılan müğənni polis idarəsindəki prosedurların ardından məhkəməyə çıxarılmış və barəsində həbs qərarı verilmişdi.

İstintaq gedişatında Məhkəmə Tibbi Ekspertiza Qurumunda Yusif Güneydən saç və qan nümunələri götürülmüşdü. Aparılan analizlər nəticəsində müğənninin narkotik testində kokain maddəsi çıxmışdı.

Bütün bunlara baxmayaraq, məhkəmə 33 günlük həbsdən sonra sənətçinin məhkəmə nəzarəti və ev dustaqlığı şərti ilə sərbəst buraxılmasına qərar verib.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər