Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist, əməkdar jurnalist, tarixçi Yunus Oğuzun "Uçurum" tarixi romanının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, təqdimat Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyinə həsr edilib.
Tədbirdə Nizami Cəfərov, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Elnarə Qaragözova, Aqil Abbas, Elçin Hüseynbəyli, Əflatun Amaşov, Abid Tahirli, Taleh Şahsuvarlı və digər ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri iştirak edib.
Roman gömrük orqanlarının işindən, cinayətkarlıqla, narkotik ticarəti ilə mübarizəsindən bəhs edir.
Tədbir zamanı Yunus Oğuza Dövlət Gömrük Komitəsinin xatirə lövhəciyi təqdim olunub, həmçinin müəllifin imza mərasimi baş tutub.