“Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda festivalda çıxış edəcək

“Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda festivalda çıxış edəcək
2 oktyabr 2023
# 14:45

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki ьəlumata görə, festival çərçivəsində sənət ocağının yaradıcı heyəti C.Məmmədquluzadənin əsəri əsasında hazırlanmış "Toy dəsgahı" tamaşasını oktyabrın 3-də Rimovoy adına Taldıkorqan Dram Teatrında nümayiş etdirəcək.

Quruluşçu rejissoru Günay Səttar olan "Toy dəsgahı" tamaşasında aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Nigar Mürsəlova iştirak edirlər.

Qeyd edək ki, festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar keçirilir.

# 655 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #