“Yaradıcı həftə” çərçivəsində keçiriləcək tədbirlər açıqlandı

“Yaradıcı həftə” çərçivəsində keçiriləcək tədbirlər açıqlandı
24 noyabr 2023
# 17:20

Bu gün Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Muğam Mərkəzində “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib.

Kulis.az xəbər verir ki, mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, həmçinin YARAT-ın nümayəndəsi Fərəh Ələkbərli jurnalistləri maraqlandıran mövzular, o cümlədən "Yaradıcı həftə” çərçivəsində həyata keçiriləcək layihə və tədbirlər barədə məlumat verilib ətrafında məlumat veriblər.

Qeyd olunub ki, həftədə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birlikləri iştirak edəcək.

Bildirilib ki, “Yaradıcı həftə” çərçivəsində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi, “Yaradıcı müzakirələr” (“Creative Talks”), Musiqi Sənayesi Platforması (bu çərçivədə “Eurovision Talks”) təşkil ediləcək, “GƏL, YARAT! Yaradıcılıq üzrə Marafon, Türk Dünyası Yumor Festivalı, “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq, "Disney" studiyasının 100 illiyi qeyd olunacaq, eləcə də milli filmlərin ali məktəblərdə nümayişləri, hakatonlar, təlimlər, türk dünyasının elektronik musiqi gecəsi, moda tədbirləri, təqdimat və digər tədbirlər keçiriləcək.

Həmçinin əlavə olub ki, “Yaradıcı həftə” paytaxtla yanaşı, bölgələri də əhatə edəcək. “Creative Talks” layihəsi çərçivəsində 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

# 885 dəfə oxunub

Müəllifin son yazıları

# # #