Yeni mükafatlar təsis edildi

Yeni mükafatlar təsis edildi
31 may 2022
# 14:22

Qanun Nəşrlər Evi yeni tərcümə mükafatları təsis edib.

Kulis.az xəbər verir ki, mükafatlar aşağıdakı qaydada hər il veriləcəkdir:

Rus dilindən ən yaxşı tərcümə üçün – Natiq Səfərov mükafatı

İngilis dilindən ən yaxşı tərcümə üçün – Vilayət Quliyev mükafatı

Alman dilindən ən yaxşı tərcümə üçün – Vilayət Hacıyev mükafatı

Fransız dilindən ən yaxşı tərcümə üçün – Hamlet Qoca mükafatı

Hər nominasiya üzrə mükafat fondu 1000 (min) manatdır.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #