Məşhur İspan yazıçısı vəfat etdi

Məşhur İspan yazıçısı vəfat etdi
17 sentyabr 2021
# 18:15

İspaniya yazıçısı və dramaturqu Alfonso Sastre 95 yaşında dünyasını dəyişib.

Kulis.az az rus mediasına istinadən xəbər verir ki, o, İspaniyanın Fuentarrabiya şəhərində yerləşən evində vəfat edib.

1926-cı ildə Madriddə dünyaya gələn yazıçı “Hamı üçün çörək”, "Tıxac", “Qırmızı Torpaq”, "Şəbəkədə", “İşçilər məhəlləsində ölüm”, "Sanço Pansanın sonsuz səyahəti" kimi pyeslərin müəllifi olub.

50-ci illər dramaturq üçün aktiv ictimai fəaliyyətlərə keçid dövrü olub. O, vuruşan işçilərin və mübarizəyə qalxan tələbələrin müdafiəsi üçün çıxışlar edib, Franko diktaturasına qarşı mübarizəsi ilə seçilib.

# 1635 dəfə oxunub

Müəllifin son yazıları

# # #