Yazıçı ona görə həbsdə yatan adamdan üzr istədi

Elis Siebold

Elis Siebold

1 dekabr 2021
# 17:30

Məşhur Amerika yazıçısı, dünya bestselleri “Sevimli sümüklər” kitabının müəllifi Elis Siebold ona təcavüzdə ittiham olunan və haqsız yerə həbsdə yatan şəxsdən üzr istəyib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Elis ittiham olunaraq 16 il həbs cəzası alan və 2021-ci ildə bəraət qazanan Entoni Broduoter adlı şəxsə görə məyus olduğunu bildirib.

"Entoni Broduoter, başınıza gələnlərə görə çox təəssüflənirəm. 1982-ci ildə məqsədim ədaləti bərqərar etmək idi, ədalətsizliyi davam etdirmək yox”.

Xatırladaq ki, Elis 1981-ci ilcə Syracuse Universitetinin tələbəsi olarkən naməlum şəxs tərəfindən təcavüzə məruz qalıb. Hadisədən bir neçə ay sonra o, küçədə Entoni Brodvaterlə qarşılaşıb və onun həmin adam olduğunu zənn edərək polisə məlumat verib. 1982-ci ildə həmin şəxs mühakimə olunub.

2021-ci ilin noyabr ayının sonunda Entoni Broduoter Nyu York əyalət məhkəməsi tərəfindən bəraət qazanaraq, azadlığa buraxılıb.

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

# # #