Yazıçı Boris Akunin plagiatda ittiham olunur

Yazıçı Boris Akunin plagiatda ittiham olunur
20 dekabr 2023
# 13:20

Yazıçı Tatyana Vikentyeva Boris Akunin kimi tanınan yazıçı Qriqori Çxartişviliyə plagiatlığa görə günahlandırır.

Kulis.az TASS-a istinadən xəbər verir ki, T.Vikentyevanın sözlərinə görə, Boris Akunin onun "Ölüm evi" pyesini yenidən işləyib.

Əsər əsasında “Fandorin Azazel" adlı serial çəkilib.

Vikentyeva Akunini plagiatda günahlandırır və filmdən əldə olunan gəliri, habelə 1 milyon rubl məbləğində mənəvi təzminat tələb edir.

Qeyd edək ki, Boris Akunin dekabrın 18-də Rusiyada terrorçular siyahısına daxil edilib. O, terrorizmə haqq qazandırmaqda və Rusiya Federasiyası Silahlı Qüvvələri ilə bağlı saxta xəbərlər yaymaqda şübhəli bilinir.

# 644 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #