“Yaradıcılıq və düşüncələr” filmi nümayiş olundu

“Yaradıcılıq və düşüncələr”  filmi nümayiş olundu
28 iyun 2024
# 11:10

Üçüncü Bakı Piano Festivalı çərçivəsində “Landmark” otelində Raymond Pauls haqqında “Yaradıcılıq və düşüncələr” adlı film nümayiş etdirilib. Bu ekran əsəri Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbirdə Vaqif Mustafazadənin iştirakı ilə nadir arxiv kadrları da göstərilib.

Raymond Pauls SSRİ-nin ən məşhur pianoçu və bəstəkarlarından biri olub və həmin dövrün populyar musiqisinə böyük təsir göstərib. O, bir çox həmkarları, o cümlədən Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadə ilə ünsiyyətdə olub, onunla sıx peşəkar əlaqələr saxlayıb. Azərbaycan cazmeni 1978-ci ildə Riqada keçirilən “Yay ritmləri” festivalında iştirak edib.

# 413 dəfə oxunub

Müəllifin son yazıları

# # #