“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq

“Xəzər üzərində yelləncək”  filminin premyerası olacaq
28 oktyabr 2023
# 12:00

Moskvada “Xəzər üzərində yelləncək” filmi nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, rusiyalı yazıçı, ictimai xadim Mariya Suvorovskayanın qələmə aldığı kitab əsasında çəkilmiş film ilk dəfə noyabrın 3-də Moskvanın "İllüzion" kinoteatrında rusiyalı tamaşaçılar üçün nümayiş etdiriləcək. Noyabrın 6-da isə filmin Bakı kinoteatrlarında premyerası olacaq.

"Xəzər üzərində yelləncək" kitabı 2018-ci ildə nəşr olunub, Rusiyanın və Azərbaycanın oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanıb. Kitab 2019-cu ildə Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycan dilində təqdimatı 2019-cu ilin may ayında Bakı Kitab Mərkəzində keçirilib.

"Xəzər üzərində yelləncək" filmində baş rola çəkiləcək aktrisanın uzun müddət davam edən axtarışlarından sonra azərbaycanlı prodüserlər Mariya Suvorovskayanı bu rola təsdiq ediblər. Yazıçı gənclik illərində teatr məktəbinin məzunu olub. Məşhur rus rejissorunun xüsusi təlim kursunu keçən yazıçı daha sonra filmin çəkiliş prosesinə qoşulub. Azərtac

# 697 dəfə oxunub

Müəllifin son yazıları

# # #