Türkiyəli tədqiqatçı, akademik Yalçın Küçük vəfat edib.
Kulis.az xəbər verir ki, 87 yaşlı alim Ankarada dünyasını dəyişib.
Məlumata görə, bir müddətdir səhhətində problemlər yaşayan Yalçın Küçük müalicə alırdı. Onun günorta saatlarında həyatını itirdiyi bildirilib.