“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda
6 dekabr 2025
# 14:30

Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” adlı sənədli filminin 6 dekabr saat 18:00-da Nizami Kino Mərkəzində ilk dəfə Azərbaycan nümayişi keçiriləcək.

Kulis.az xəbər verir ki, filmin ilk premyerası Çexiyada, nüfuzlu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında baş verib.

Kino nümayişinin təşkilatçıları bildirirlər ki, ekran əsəri həm vizual estetikasına, həm də mövzu seçiminə görə fərqlənir. Rejissor Mətləb Muxtarovun fərdi üslubunu əks etdirən film beynəlxalq festival auditoriyasından müsbət rəylər alıb.

Qeyd edək ki, giriş sərbəstdir.

# 349 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər