XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
6 sentyabr 2023
# 10:17

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-nədək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək.
Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

# # #